...

Avropa Məhkəməsinin hakimi: "Avropa İnsan Haqları Məhkəməsinə Azərbaycanla bağlı 800-dən artıq şikayət daxil olub" (video)

Cəmiyyət Materials 9 İyul 2007 13:14 (UTC +04:00)
Avropa Məhkəməsinin hakimi: "Avropa İnsan Haqları Məhkəməsinə Azərbaycanla bağlı 800-dən artıq şikayət daxil olub" (video)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Avropa İnsan Haqları Məhkəməsinə Azərbaycanla bağlı 800-dən artıq şikayət daxil olub. Azərbaycanın Avropa Məhkəməsindəki hakimi Xanlar Hacıyev bazar ertəsi jurnalistlərə açıqlamasında bildirib ki, daxil olan şikayətlərin bir qismi Ermənistan vətəndaşları tərəfindən verilən şikayətlərdir. Şikayətlərə vaxtında baxılmamasını Hacıyev Avropa Məhkəməsinin iş yükü ilə əlaqələndirib: "Hazırda Avropa Məhkəməsinin icraatında 85-90 min şikayət var. 14-cü protokolun qüvvəyə minməməsi məhkəmənin işinə çətinlik yaradır. İşlərə baxılması ona görə uzanır ki, məhkəmə həmin işlərə baxmağa vaxt çatdıra bilmir. Azərbaycanla bağlı bir neçə şikayətə məhkəmə yay tətilindən qayıdandan sonra baxacaq".

Həm Azərbaycan vətəndaşlarının Ermənistana qarşı, həm də Ermənistan vətəndaşlarının Azərbaycana qarşı şikayətləri üzrə dövlətlə yazışmalara başlandığını diqqətə çatdıran Avropa Məhkəməsinin hakimi bildirib ki, şikayətlər mülkiyyət hüququnun bərpası, Konvensiyanın 8-ci (şəxsi və ailə həyatına hörmət hüququ), 14-cü (ayrı-sreçkiliyin qadağan olunması) maddələrinin pozuntusu ilə bağlıdır.

Laçın rayonundan məcburi köçkün düşmüş Çıraqov və digər 5 nəfər Ermənistana qarşı şikayət verib və hazırda bu iş Avropa Məhkəməsi tərəfindən araşdırılır.

Ermənistana qarşı işğal olunmuş ərazilərdən məcburi köçkün düşmüş vətəndaşlar tərəfindən ötən il və bu il Avropa Məhkəməsinə 600 şikayət göndərilib. Avropa Məhkəməsi Çıraqov və digərlərinin işinə baxandan sonra bu işlə bağlı qərar pilot qərar kimi rəhbər tutulacaq və digər şikayətlərə də eyni qaydada baxılacaq.

Xəbər lenti

Xəbər lenti