...

Gəncənin su anbarlarında yeni xlorlaşdırıcı qurğular quraşdırılıb

Cəmiyyət Materials 9 İyul 2007 17:48 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend , müxbir V.Məmmədov/ Gəncədə su anbarlarında yeni xlorlaşdırıcı qurğular quraşdırılıb. Bu barədə bazar ertəsi Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Fazil Nəbiyev məlumat verib.

Onun sözlərinə görə, 3800 tonluq Totanlı və 4200 tonluq 518-ci su anbarlarında olan LONİ-100 markalı xlorlaşdırıcı qurğuların istismar müddəəti başa çatdığından yeniləri ilə əvəz olunub. Nəbiyev bildirib ki, yeni qurğular İngiltərədən gətirilib və suyun xlorlaşdırma prosesini tam nəzarətdə saxlaya bilir.

Şöbə müdiri, həmçinin deyib ki, sanitariya qaydalarını pozduqlarına görə bu il 48 nəfər müxtəlif məbləğdə cərimə edilib.

Gəncə paytaxt Bakıdan 365 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti