...

Moskvada Rusiyada faşizm və irqçiliyə qarşı piket keçiriləcək

Cəmiyyət Materials 12 İyul 2007 17:50 (UTC +04:00)

Rusiya, Moskva /müx. Trend R.Ağayev / 2007-ci il iyulun 13-də Rusiyanın Qafqaz Xalqları Konqresi piket keçirəcək. Tədbirin məqsədi ultramilli təşkilatların millətlər arasında ədavəti qızışdıran lider və fəallarının cinayət məsuliyyətiinə cəlb edilməsidir. Bu barədə Rusiyanın Qafqaz Xalqları Konqresinin mətbuat xidmətndən bildiriblər.

Məlumatda bildirilir ki, piketdə konqresin həmsədri Denqa Xalidov, Konqresin həmsədri, "Qromos" regionlararası fondun prezidenti, "Böyük rus ittifaqı" regionlararası hərəkatının həmsədri Aleksandr Fedulov da iştiravk edəcək.

Bundan başqa, aksiyada "NAŞİ" gənclər hərəkatı, "Ədalətli Rusiya"-"Qələbə" partiyasının gənclər hərəkatı və Qafqaz xalqlarının digər təşkilat və gənclər hərəkatları iştirak edəcəklər. "Vahid Rusiyanın gənc qvardiyası" da həmçinin Konqreslə həmrəy olduğunu bildirib, lakin piketdə bu gənclər təşkilatının nümayəndələri olmayacaq.

Qafqaz Xalqları Konqresinin gənclər qanadının rəhbəri Kantemir Xartayevin verdiyi məlumata görə, nümayəndələrinin Qafqaz Xalqları Konqresinin gənclər qanadına daxil olan və Konqresin işində aktiv iştrak edən Azərbaycan gənclərinin Koordinasiya Şurası da piketdə iştirak edəcək. O həmçinin qeyd edib ki, erməni və abxaz gənclər təşkilatlarının nümayəndələri İrəvan və Suxumidə mühüm tədbirlərdə iştirak etdiklərindən piketdə təmsil olunmayacaqlar.

Xəbər lenti

Xəbər lenti