...

Natəvan Həbibi günbatandan sonra klip çəkdirdi

Cəmiyyət Materials 13 İyul 2007 17:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 iyul /müx.TrendLife Eldar Hüseynzadə/Dünən gecə Natəvan Həbibi iki yeni çəkilişlə məşğul idi. TrendLife-ın verdiyi məlumata görə, onlarn biri reklam rolikidir, digəri isə gələcəkdə "Dəniz" klipi olacaq mahnısı üçün lazım olacaq kadrlardır. Bu mahnını ulduz Elnurla birgə ifa edəcək. Mahnının musiqisi Rəşad Bağırovun, sözləri isə Kəmalə Qasımovanındır. Klip bütünlüklə dənizdə və yaxtada çəkiləcək. Klipin əsas detallarından biri də qırmızı royal olacaq. Əsas çəkilişlər bir həftədən sonra olacaq.

Xəbər lenti

Xəbər lenti