...

Müğənni Ağadadaş Ağayev: "Kişilər cinsini dəyişməkdənsə, sırqa taxsalar daha yaxşıdır"

Cəmiyyət Materials 18 İyul 2007 12:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 iyul /müx. "TrendLife" Əli Dərviş/ Artıq pirsinqləri nəinki xanımlar, hətta kişilər də bədənlərinin müxtəlif yerlərinə taxırlar. Baxmırlar ki, bu onlara yaraşır, ya yox. Bu haqda "TrendLife"a öz fikrini müğənni Ağadadaş Ağayev bildirdi: "Pirsinq, üzük, sırqa, tatuirovka - bədən yiyəsinin şəxsi işidir. Sadəcə, hər şey gigiyenik olmalıdır. Şəxsən mən səhnə həyatımda milli mentalitetimizlə müasir elementləri sintez etməyə çalışıram. Hesab edirəm ki, pirsinq orqanizmə qəsd etmək kimi bir şeydir. Yox, əgər qaşda, göbəkdə və daha başqa intim yerlərdə sırğa müğənniyə kişilik verirsə, nəyə görə onu etməsinlər. Hələ türk sərkərdəsi Atilla da sırqa taxırdı. Amma buna rəğmən, kişi olaraq qalırdı. Ona görə də kişilər cinsini dəyişməkdənsə, sırqa taxsalar daha yaxşıdır".

Xəbər lenti

Xəbər lenti