...

"Yaqupov və Co" promouter şirkəti rəhbərinin Bakıya səfəri yubanır

Cəmiyyət Materials 23 İyul 2007 12:14 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ "Yaqupov və Co" promouter şirkəti rəhbəri Aleksandr Yaqupovun Bakıya səfərinin tarixləri hələlik məlum deyil. Yaqupov burada WBO-Latino kəmərinin sahibi olan Əli İsmayılovun iştirakı ilə döyüşün keçirilməsi məsələsini müzakirə etmək üçün gəlməlidir.

Əlinin bildirdiyinə görə, promouter Bakıya iyulun ikinci yarısında gəlməlidir. Lakin istisna deyil ki, Yaqupovun səfəri avqusta təxirə salınsın. "İstənilən halda Yaqupov Bakıya ən yaxın zamanda gələcək. Axı burada peşəkar boks gecəsinin keçirilməsi planlaşdırılır. Sponsorlarla ilkin anlaşma artıq əldə olunub və indi qalır texniki məqamları razılaşdırmaq" - deyə o bildirib.

Əli həmçinin qeyd edib ki, hazırda əvvəlki rejimdə məşq edir və rəqibinin kimliyini səbirsizliklə gözləyir.

Xəbər lenti

Xəbər lenti