...

Ermənilərin Azərbaycan mahnılarını oğurlamasının araşdırılması üçün Beynəlxalq Arbitraj Qrupu yaradılıb

Cəmiyyət Materials 1 Avqust 2007 17:35 (UTC +04:00)
Ermənilərin Azərbaycan mahnılarını oğurlamasının araşdırılması üçün Beynəlxalq Arbitraj Qrupu yaradılıb

Azərbaycan, Bakı / Trend , müxbir Ş.Əlizadə/ Azərbaycan bəstəkarı Fikrət Əmirovun "Kor ərəbin mahnısı" nın və müğənni Brilliant Dadaşovanın ifa etdiyi "Vokaliz" mahnısının ermənilər tərəfindən oğurlanmasına dair Azərbaycan tərəfinin iddiası Ümumdünya Ticarət Təşkilatında (ÜTT) qəbul edilib və məsələnin araşdırılması üçün Beynəlxalq Arbitraj Qrupu yaradılıb. Bu barədə çərşənbə günü Azərbaycan Müəllif Hüquqları Agentliyinin sədr müavini Oqtay Səmədov məlumat verib. Onun sözlərinə görə, bu məsələni o bir neçə gün öncə ÜTT-nin Cenevrədə yerləşən ofisində olarkən müzakirə edib.

Səmədov görüşlərdə ÜTT-nın yayımla məşğul olan qurumlarının Azərbaycanda beynəlxalq toplantısının keçirilməsinə dəstəyin verilməsini də təklif edib. ÜTT təklifi müsbət qarşılayıb. Belə bir beynəlxalq toplantının yaxın vaxtlarda keçiriləcəyi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti