Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Apellyasiya Məhkəməsi Müdafiə Nazirliyinin mühafizə briqadasının keçmiş rəis müavini haqda çıxarılan həbs-qətimkan tədbirini qüvvədə saxlayıb
Apellyasiya Məhkəməsi Müdafiə Nazirliyinin mühafizə briqadasının keçmiş rəis müavini, polkovnik-leytenant Rasim Muradov haqda çıxarılan həbs-qətimkan tədbirini qüvvədə saxlayıb. Bu barədə cümə axşamı Bakıda Silahlı Qüvvələ Vətəndaş Nəzarəti birliyinin sədri, Muradovun hüquqlarını Müdafiə Komitəsinin üzvü Ələkbər Məmmədov məlumat verib.
Məmmədovun sözlərinə görə, bundan sonra Rasim Muradovun müdafiəsini təşkil etmək üçün beynəlxalq təşkilatlarla təmasları gücləndirmək niyyətindədirlər.
İyulun 24-də Bakı Hərbi Məhkəməsinin qərarı ilə Rasim Muradov barədə 3 aylıq həbs-qətimkan tədbiri seçilib. O, rüşvət almaqda ittiham edilir.