...

Sabiq iqtisadi inkişaf nazirinin məhkəməsi çavabdeh və şahidlərin dindirilməsi ilə davam edib

Cəmiyyət Materials 3 Avqust 2007 14:06 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Cavadova/ Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Tofiq Paşayevin sədrliyi ilə sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin, onun qardaşı, "Azpetrol" Şirkətlər Qrupunun sabiq prezidenti Rafiq Əliyevin və təqsirləndirilən digər 17 nəfərin cinayət işi üzrə məhkəmə prosesi çavbdeh və şahidlərin dindirilməsi ilə davam edib.

Prosesdə əvvəlcə mülki çavabdeh qismində Şakir İsmayılzadə ifadə verib. O, ifadəsində göstərib ki, 2004-cü ildə Rusiyaya işləməyə getdikdən sonra arvadı Bilgəhdə ona məxsus olan bağ evini F.Əliyevə satıb. F.Əliyev həmin bağ evini 10 yaşlı oğlu Yusifin adına sənədləşdirib. 2005-ci ildə Rusiyadan qayıdandan sonra Sabunçu Rayon Məhkəməsinə müraciət edib və məhkəmə alqı-satqını qanunsuz hesab edərək ləğv edib. F.Əliyev Sabunçu Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verib. Apellyasiya Məhkəməsi şikayətə F.Əliyevin həbsindən sonra baxıb və Sabunçu Rayon Məhkəməsinin qətnaməsini güvvədə saxlayıb. Mülki cavabdeh onu da bildirib ki, məhkəmə qərarlarına baxmayaraq, ona məxsus olan mülkə F.Əliyevin həbsindən sonra həbs qoyulub. Mülki çavabdeh bağ evinin üstündən həbs qərarının götürülməsini tələb edib.

Xəbər lenti

Xəbər lenti