...

Azərbaycan gənclərini sosial həyat problemləri narahat edir – sorğu

Cəmiyyət Materials 3 Avqust 2007 16:27 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva/ Azərbaycan gənclərinin 1000 nümayəndəsi arasında "Azərbaycan gənclərinin sosial və mənəvi vəziyyəti haqqında" adı altında keçirilən sorğunun nəticələri göstərib ki, respondentlərin 66%-i öz həyatlarından razı, 24%-i isə narazıdır. Bu barədə cümə günü sorğunun təşkilatçısı, "ADAM" sosial xidmətinin rəhbəri Rüfət Qaragözlü bildirib. Sorğu FAR CENTRE layihəsi çərçivəsində keçirilir.

Sorğuda iştirak edən gənclərin 16%-i ölkəni həmişəlik , 34%-i isə müvəqqəti olaraq tərk etmək istərdi. Sorğuda iştirak edən gənclərin 48%-ni Qarabağ problemi, 41%-ni korrupsiya və məmur özbaşınalığı, 26%-ni işsizlik, 22%-ni təhsil, 19%-ni kasıbçılıq, 18%-ni isə demokratiya və insan hüqüuqları problemləri narahat edir.

Sorğuda iştirak edən gənclərin 10%-i hesab edir ki, neft gəlirləri xalqa qalacaq, 62%-i isə hesab edir ki, onlar müəyyən dərəcədə oğurlanacaq. Respondentlərin 25%-i hesab edir ki, Azərbaycan müstəqil dövlətdir.

Gənclərin mənəvi-əxlaqi görüşləri onların müstəqillik və sosial məsuliyyət məsələlərinə münasibətlərində meydana çıxıb. Belə ki, respondentlərin yalnız 12%-i əxlaqsız həyat tərzini, 13%-i homoseksuallığı, 14%-i nikahdan əvvəl cinsi əlaqəni, 16%-i isə fahişəliyi böyük günah hesab edib. Eyni zamanda respondentlərin 47%-i yalanı, 42%-i oğurluğu, 34%-i zorakılığı, 25%-i isə rüşvətxorluğu böyük günah kimi qəbul edib.

Xəbər lenti

Xəbər lenti