...

Azərbaycanın sərbəst döyüş üzrə idmançıları Qubada təlim məşqləri keçirəcək

Cəmiyyət Materials 4 Avqust 2007 12:04 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir Z.Səfərov/ Azərbaycanın sərbəst döyüş üzrə gənclərdən ibarət yığma komandası 20-26 avqust Pekində keçiriləcək dünya birinciliyinə hazırlıq çərçivəsində Qubaya təlim məşq toplantısına yollanır.

Milli Federasiyadan bildiriblər ki, keçiriləcək məşqlər zamanı yığmanın baş məşqçisi ArifAbdullayev dünya çempionatı medalları uğrunda mübarizə aparacaq komandanın tam tərkibini müəyyənləşdirəcək. Bir müddət öncə Tiflis beynəlxalq turniri zamanı baş məşqşçi heyətdəki bəzi namizədləri artıq müəyyənləşdirib, amma bir neçə kateqoriya üzrə yerlər hələ ki açıqdır və qarşıdakı məşqlərdə bu namizədlər bəlli olacaq. Komanda heyətində kimlərin yer alacağının isə gələn həftə açıqlanacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti