...

Azərbaycanın ümumtəhsil məktəblərinin 46 faizində müxtəlif ixtisaslı kadrlara tələbat var

Cəmiyyət Materials 8 Avqust 2007 13:53 (UTC +04:00)
Azərbaycanın  ümumtəhsil məktəblərinin 46 faizində müxtəlif ixtisaslı kadrlara tələbat var

Azərbaycan, Bakı / " müx. V.Məmmədov, S.Ağayeva/ Gəncənin orta məktəblərində 30-a yaxın müəllim çatışmazlığı var. Bu barədə məlumatı Gəncə şəhər Təhsil İdarəsinin rəisi Mahal Əliyev verib. Onun sözlərinə görə, 13 bədən tərbiyə, 3 çoğrafiya,3 informatika, 3 fizika,3 ingilis dili və 2 riyaziyyat ixtisası üzrə müəllim yerləri boşdur. Əliyev yaxın günlərdə boş qalan yerlərə müəllim qəbulu üçün mətbuatda elan veriləcəyini bildirdi. Umumilikdə, Gəncədə 49 orta təhsil müssisəsində 5000-dən çox müəllim çalışır.

Təhsil Nazirliyinin məlumatına gorə, Azərbaycanın 4546 ümumtəhsil məktəblərindən 2128-də (46.8%) müxtəlif pedaqoji ixtisaslı kadrlara real tələbat var. Ümumtəhsil məktəblərində 6774 müxtəlif pedaqoji ixtisaslı kadrlara tələbat mövcuddur, o cümlədən 842 nəfər (12.4%) Azərbaycan dili və ədəbiyyatı, 803 nəfər (11.9%) xarici dil, 680 nəfər (10.0%) tarix, 631nəfər (9.3%) coğrafiya,  562 nəfər (8.3%) kimya, 505 nəfər (7.5%) riyaziyyat, 479 nəfər (7.1%) bədən tərbiyəsi və digər ixtisaslar üzrə kadrlara daha çox tələbat olduğu müəyyən edilib. Pedaqoji kadrlara olan tələbatın 8,4%-i (571 nəfər) şəhər məktəblərinin, 91,6%-i (6203 nəfər) isə kənd yerlərindəki məktəblərin payına düşür.

Kadr çatışmazlığı səbəbindən bu gün respublikanın 469 məktəbində xarici dil tədris edilmir və şagirdlər faktiki olaraq həmin fəndən biliklərə yiyələnmək imkanından tamamilə məhrum olmuşlar. Azərbaycanın 1748 məktəbində 14 fənn üzrə 54 min saatdan çox dərs yükü 4956 nəfər qeyri-ixtisaslı kadrlar tərəfindən tədris olunur.

Xəbər lenti

Xəbər lenti