...

Ali məktəblərin boş qalan plan yerlərinə internet vasitəsilə qəbul elan edildi

Cəmiyyət Materials 8 Avqust 2007 20:12 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali məktəblərin boş qalan plan yerlərinə internet vasitəsilə qəbul elan edir.

TQDK-dan verilən məlumatda bildirilir ki, ali məktəblərə tələbə qəbulu qaydalarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikasının dövlət və qanunvericilikdə müəyyən olunmuş qaydada qeydiyyatdan keçmiş qeyri-dövlət ali məktəblərinin boş qalan plan yerlərinə tələbə qəbulu 17, 22, 27, 31 iyul 2007-ci il tarixlərdə test üsulu ilə keçirilmiş imtahanlarda toplanmış ballar əsasında aparılır. Ərizələrin qəbulu İnternet  vasitəsi ilə 10 avqust 2007-ci il saat 9.00-dan 20 avqust 2007-ci il saat 16.00-dək aparılır. Bu müddət ərzində abituriyent TQDK-nın İnternet saytına (tqdk.gov.az/abitelave) daxil olub "Abituriyentin elektron ərizəsi" formasını doldurub təsdiq etməlidir. Abituriyentlər elektron ərizə formasında ali məktəblərin boş qalan ixtisasları ilə yanaşı orta ixtisas məktəblərinin ixtisaslarının da kodlarını  göstərə bilərlər. Abituriyent dövlət və qeyri-dövlət ali məktəblərinin və orta ixtisas məktəblərinin təhsil forması ödənişsiz və ödənişli olan 12-yə qədər ixtisas kodunu seçə bilər. İxtisas kodlarının sayı və ardıcıllığını abituriyent özü müəyyənləşdirir və o müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.

İxtisas qrupundan asılı olaraq Azərbaycan bölməsində müsabiqədə iştirak etmə şərtləri aşağıdakı şəkildədir:

- I qrup ixtisaslarının boş qalan yerlərinin müsabiqəsindəümumi balı 200-dən az olmayan abituriyentlər iştirak edə bilərlər. Bu zaman abituriyentin ana dili, riyaziyyat, fizika və kimya fənlərindən topladığı nisbi balları 10-dan az olmamalıdır.

- II qrup ixtisaslarının boş qalan yerlərinin müsabiqəsindəümumi balı 250-dən az olmayan abituriyentlər iştirak edə bilərlər. Bu zaman abituriyentin ana dili, riyaziyyat, coğrafiya və xarici dil fənlərindən topladığı nisbi balları 10-dan az olmamalıdır.

- III qrupun ixtisaslarının boş qalan yerlərinin müsabiqəsindəümumi balı 250-dən az olmayan abituriyentlər iştirak edə bilərlər. Bu zaman abituriyentin XH altqrupunda ana dili, ədəbiyyat, tarix və xarici dil fənlərindən, DT altqrupunda isə  ana dili,  ədəbiyyat və tarix fənlərindən topladığı nisbi balları 10-dan az olmamalıdır.

- IV qrupun ixtisaslarının boş qalan yerlərinin müsabiqəsində ümumi balı 250-dən az olmayan abituriyentlər iştirak edə bilərlər. Bu zaman abituriyentin ana dili, fizika, kimya və biologiya fənlərindən topladığı nisbi balları 10-dan az olmamalıdır.

Ümumi balı 350 və daha çox olan abituriyentlərin müsabiqəyə buraxılmaları üçün onların fənlər üzrə cavablarına  nisbi bal məhdudiyyəti tətbiq olunmur.

- I, III və IV qrupların xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslarınınboş qalan yerlərinin müsabiqəsində qabiliyyət imtahanından məqbul  alan və test imtahanından ən azı 100 bal toplayan abituriyentlər iştirak edə bilərlər (fənlər üzrə cavablara nisbi bal məhdudiyyəti qoyulmur). Müsabiqə abituriyentin test imtahanından topladığı ballar əsasında aparılır.

Azərbaycan Dəniz Akademiyasının və Milli Aviasiya Akademiyasının I qrup ixtisaslarını yalnız test imtahanlarından əvvəl müvafiq təhsil müəssisələrində xüsusi tibbi və psixoloji müayinədən keçmiş abituriyentlər seçə bilərlər.

Abituriyentlər ali məktəblərin boş qalan plan yerlərininin və orta ixtisas məktəblərinin ixtisaslarının müsabiqəsində iştirak etmək üçün "Abituriyentin elektron ərizəsi" formasını internet bağlantısı olan istənilən yerdən TQDK-nın saytına ( www.tqdk.gov.az ) daxil olub doldura bilərlər. Respublikanın bütün bölgələrinin poçt şöbələrində internetə giriş və pulsuz istifadə imkanı da yaradılmışdır.

Xəbər lenti

Xəbər lenti