...

Nailə Məcidovanın meyiti üzərində bu gün ilkin tibbi ekspertiza müayinəsi keçirilib

Cəmiyyət Materials 9 Avqust 2007 19:31 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir A.Qafarov / Avqustun altısında itgin düşən və meyidi Samur-Abşeron kanalının Siyəzən şəhəri yaxınlığındakı su durulducu məntəqəsinin ərazisindən tapılan Dəvəçi rayon Dağbiliçi kənd sakini 15 yaşlı Nailə Məcidovanın meyiti üzərində bu gün ilkin tibbi ekspertiza müayinəsi keçirilib. Bu barədə Dəvəçidə Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anotomiya Birliyinin Dəvəçi rayon şöbəsinin baş həkimi Nizami Qasımov məlumat verib. Onun sözlərinə görə, meyid üzərində zorakılıq əlamətləri mövcuddur. Bu isə onu deməyə əsas verir ki, Məcidova zorakılıqla öldürülüb. Ekspertizanın nəticələri isə 15 günə məlum olacaq. Baş həkim deyib ki, meyit suda qalıb çürüyüb. Ona görə də, qatil tərəfindən Məcidovaya qarşı cinsi zorakılıq törədilib-törədilmədiyini müəyyən etmək mümkün deyil. Bunu geniş ekspertizanın nəticəsində müəyyən etmək olacaq.

Dəvəçi rayon prokuroru Faiq Rzayev bildirib ki, qətildə şübhəli bilinən 35 yaşlı Dəvəçi rayon Qalagah kənd sakini Təvəkkül İsmayılov bacıları öldürdüyünü etiraf edib. Lakin qızlara qarşı cinsi zəmində zorakılıq törətmədiyini bildirib.

İtkin düşən 7 yaşlı Reyhanə Məcidovanın meyitinin axtarışları davam edir. Meyit əsasən Samur-Abşeron kanalında axtarılır. Kanala hələ də su buraxılmayıb.

15 yaşlı Nailə və 7 yaşlı Reyhanə Məcidovalar bacıları avqustun 6-da səhər saatlarında böyütkan yığmaq üçün evdən çıxıblar, lakin geri qayıtmayıblar.

Xəbər lenti

Xəbər lenti