...

Azərbaycanlı məşqçi: "Avro-2007-də yarımfinal uğrunda yarışacağıq"

Cəmiyyət Materials 18 Avqust 2007 12:37 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir Z.Səfərov/ "Biz Mançestrda keçirilən Avropa çempionatına elə-belə getməmişik, məqsədimiz lazım olan nəticəni əldə etmək və yarımfinal uğrunda yarışmaqdır". Bu barədə məlumatı Trend ə yarış öncəsi Azərbaycanın otüstü hokkey yığmasının baş məşqçisi Tahir Zaman verib.

Pakistanlı mütəxəsssisin sözlərinə görə, qurupda Almaniya və İspaniyaya qarşı keçiriləccək ilk oyunlarda uğurlu nəticə əldə etmək komandanın imkanları daxilindədir. "Bundan əlavə, biz birici cəhdəcə Pekinə vəsiqə qazanmaq imkanlarımızı həyata keçirməyi planlaşdırmışıq. Komanda döyüşkən əhval-ruhiyədədir və komanda ikinci dəfə oyunlara vəsiqə qazanmaq şansı olmayacaq kimi hazırlaşır. Mən hesab edirəm ki, ancaq bu cür yanaşma ilə nəticəyə nail olmaq olar, yığma hər dəfə növbəti oyuna həlledici və sonuncu oyun kimi çıxır", - Zaman qeyd edib.

Çempionatın yekununlarına əsasən 3 ən yaxşı komanda Pekin Olimpiadasına vəsiqə qazanacaq.

Xəbər lenti

Xəbər lenti