...

Azərbaycanlı cüdoçular Türkiyədə turnirdə iştirak edəcəklər

Cəmiyyət Materials 18 Avqust 2007 12:39 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir Z.Səfərov/ Azərbaycanın cüdo üzrə yığması avqustun 25-də Manisada (Türkiyə) keçiriləcək gənclər arasında beynəlxalq turnirdə iştirak edəcək.

Milli Federasiyadan Trend ə verilən xəbərə görə, kollektivə doqquz idmançı daxil olub. Bunlar Samir Dadaşzadə, Rasim Əsədullayev ( 60 kq), Nadir Babayev, Orxan Dünyamalıyev, Emin Həsənov ( 66 kq), Rüstəm Alimli ( 73 kq), Elmar Qasımov, Ramil Qurbanov, Şahin Məmmədovdur (hamısı 81 kq). Onların rəqibləri Ukrayna, Rusiya, Gürcüstan və digər ölkələrin nümayəndələri olacaq. Bu ölkələr də gənclər arasında qitə birinciliyi öncəsi milliyə namizədləri yoxlayırlar.

Turnir bitdikdən sonra azərbaycanlı cüdoçular türkiyəli atletlərlə birgə 10 günlük təlim-məşq toplanışı keçirəcəklər.

Xəbər lenti

Xəbər lenti