...

Universiadanın qalibi cüdoçu Ramil Qasımov dünya çempionatında çıxış etməyəcək

Cəmiyyət Materials 21 Avqust 2007 11:50 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Umümdünya Universiadasının qalibi cüdoçu Ramil Qasımov ( 66 kq) Braziliyada keçiriləcək dünya çempionatında Azərbaycan yığmasının tərkibinə daxil olmayacaq.

Yığmanın baş məşqçisi Ağayar Axundzadənin Trend ə verdiyi məlumata görə, atletin Banqkokda uğurlu çıxışına baxmayaraq o üstünlüyü üçqat Avropa çempionu Elçin İsmayılova verib.

"Elçin böyük təcrübəyə malikdir, həm də o mundiala xüsusi olaraq hazırlaşıb və o burada olimpiya lisenziyası əldə etmək niyyətindədir. Bu səbəbdən də o digər azərbaycanlı atletlər kimi ilk beşliyə düşməlidir" - deyə Axundzadə bildirib.

Məşqçi həmçinin bildirib ki, 2008-ci il Olimpiya oynlarınını seçimi üçün ağır marafonu nəzərə alaraq qarşıdakı kvalifikasiya turnirlərində Qasımova arxalanacaq.

Xəbər lenti

Xəbər lenti