...

Azərbaycanlı voleybolçular Heydər Əliyev Kubokunda Ukraynaya məğlub olublar

Cəmiyyət Materials 22 Avqust 2007 10:47 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müx. Z.Səfərov/ Azərbaycanın qadınlardan ibarət voleybol yığması Heydər Əliyev Kubokunun ikinci turunda Ukrayna yığmasından məğlubiyyət alıb. Bu oyunda voleybolçularımız 0:3 hesabı ilə yeniliblər.

Trend in verdiyi xəbərə görə, meydan sahibləri görüşün əvvəlindən zəif oynayıblar və nəticədə uğursuzluqla üzləşiblər. İlk partiyada komandamız ukraynalılara üç top fərqi ilə (22:25) yenilib. Lakin fasilədən sonra Faiq Qarayevin yetirmələri üstünlüyü ələ alıblar və partiyada altı top irəlidə olublar. Təəssüf ki, idmançılarımız bu üstünlüyü qoruya bilməyiblər. Belə ki, ukraynalılar yaxşı oyun nümayiş etdirərək ikinci partiyanı da udublar - 25:17. Üçüncü partiya da qüvvələrin balansını dəyişməyib və Ukrayna yığması 21:25 hesabı ilə qalib gəlib.

Digər oyunlara gəlincə isə Bolqarıstan Yunanıstanı, Türkiyə isə İsraili eyni hesabla (3:0) udub.

Xəbər lenti

Xəbər lenti