...

Müğənni Rüfət Axundov: "Oğruların romantik obrazları və onların bisepsi insanları cinayətkara çevirir "

Cəmiyyət Materials 23 Avqust 2007 17:10 (UTC +04:00)

Azərbaycan, Bakı / "TrendLife" müxbir V. İmanov/ İntenatlarda, uşaq, qocalar evlərində keçirilən xeyriyyə aksiyaları əhali üçün reklam xətrinə edilirsə bu heç də xeyriyyəçilik sayılmır. Bu barədə öz narazılığını müğənni Rüfət Axundov "TrendLife"ın müxbiri ilə söhbətində bildirib.

"Müqəddəs Quranda belə bir şey deyilir ki, sağ əl etdiyini sol əl bilməməlidir. Kamera qarşısında təkəbbür etmək olmaz ki, bax mən xeyriyyəçiliklə məşğul oluram. Görün mən nə yaxşı insanam. Mən də bəzi həmkarlarımla tez-tez xeyriyyəçilikdə iştirak edirəm. Lakin, bunu heç yerdə elan etmirəm. Əgər insan hər hansısa bir yaxşılıq edirsə bunu reklam xətrinə etməməlidir. Yetim uşaqlara, məhbus qadınlara və yeniyetmələrə baxanda adamın ürəyindən qara qanlar axır. Axı onlara necə kömək etmək olar? Başa düşürəm nəsə çatışmır. Məhz buna görə də başqalarını da belə aksiyalarda tez-tez iştirak etməyə çağırıram. Burada nəinki onlara, hətta onların ailəlrinə də maddi və mənəvi kömək göstərimiş olursan".

Müğənni həmçinin dəhşət və qanlı döyüş səhnəli filmlərin gənclərin pisixikasına necə pis təsir etməsindən də danışdı. "Təssüf ki, bəzi psixikaları formalaşmamış gənclər belə filmlərə baxdıqdan sonra pis yola düşürlər. Oğruların romantik obrazları və onların bisepsi insanları çinayətkara çevirir. Bundan başqa artistlərin qalmaqalları efirdə nümayiş etdirilir. Əvvələr karifeylərdən hansı efirdə qiybət qalmaqal yaradırdı? Hamı bir-birinə hörmətlə yanaşırdı. Hər kəs öz yerini bilməlidir".

Rüfət Axundov bizimlə həmçinin gələcək planları ilə də bölüşdü. "Hazırda "99,99% bağışla məni" adlı musiqi albomumu başa çatdırıram. Cəmi iki mahnı qalıb ki albom tam hazır olsun. Tamaşaçıların ən çox bəyəndiyi mahnıya isə klip çəkdirəcəm".

Xəbər lenti

Xəbər lenti