...

AFFA "İnter"i 1200 manat cərimə etdi

Cəmiyyət Materials 28 Avqust 2007 16:54 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ AFFA Nizam-İntizam Komitəsi növbəti iclasın yekununda "İnter" klubunu 1200 manat dəyərində cərimələyib.

AFFA-dan Trend ə verilən məlumata görə, məbləğ T.Bəhramov adına Respublika stadionunda ölkə çempionatının 3-cü turunda "Bakı"ya qarşı səfər oyununda "bankirlər"in aldığı 4 sarı vərəqə, həmçinin hakimin görüşə artırdığı əlavə vaxtda hücumçu Nizami Hacıyevin oyundan qovulmasına görə yaranıb. Buna görə hücumçu bir oyunu buraxacaq və növbəti turda komandasının sentyabrın 2-də "Şəfa" stadionunda "Neftçi"yə qarşı keçirəcəyi oyunda iştirak etməyəcək.

Digər görüşlərin insidentlərini tədqiq edən Nizam-İntizam Komitəsi həmçinin, "Masallı" və "Qəbələ" komandalarını "Standart" və "Neftçi"yə qarşı keçirdikləri qarşılaşmalarda aldıqları 4 xəbərdarlığa görə, müvafiq olaraq 1000 manat dəyərində cərimələyib.

Xəbər lenti

Xəbər lenti