...

Azərbaycanın sabiq səhiyyə nazirinin müdafiəçisi vəkillərin xidmətindən imtina edib

Cəmiyyət Materials 29 Avqust 2007 13:08 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycanın sabiq səhiyyə nazirinin müdafiəçisi ona təklif olunan vəkillərin xidmətindən imtina edib. Bu barədə çərşənbə günü Trend ə Sumqayıt şəhər məhkəməsinin hakimi Təhminə Xəlilovanın katibi məlumat verib. Bildirilib ki, Rizvan Talıbov vəkili Telman Novruzzadənin müdafiəsindən imtina edəndən sonra ona dövlət hesabına daha iki vəkil təklif olunsa da, o, bu vəkillərdən də imtina edib. Talıbov məhkəmədə hüquqlarını özü müdafiə edəcəyini deyib.

Sentyabrın 3-də iş üzrə məhkəmə baxışı başlayacaq.

Qərbi Azərbaycana Qayıdış İctimai Birliyinin rəhbəri Talıbov hazırlıq iclasında Novruzzadənin vəkillik xidmətindən onun istintaq orqanı ilə əlbir oldugunu əsas gətirərək imtina edib.

Talıbova qarşı Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb.

Qərbi Azərbaycana Qayıdış İctimai Birliyinin və sabiq səhiyyə naziri Əli İnsanovun Hüqularını Müdafiə Komitəsinin sədri Talıbov barəsində cinayət işi qonşusunun polisə şikayəti əsasında açılıb. O, hazırda Şüvəlandakı 3 saylı istintaq təcridxanasında saxlanılır.

Talıbov bir müddət öncə mətbuata verdiyi məlumatda özünü həbsdə olan jurnalist hesab edib.

Xəbər lenti

Xəbər lenti