Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Azərbaycanın voleybol üzrə qadınlardan ibarət yığma komandası Dünya Qran-Prisinin finalında mübarizə aparmaq şansrını tamamilə itirdi.
Ankarada keçirilən Avropa Qran-Prisi zamanı dalbadalTürkiyə, İtaliya və Serbiyaya məğlub olan komanda, faktiki olaraq, yarışın həlledici mərhələsinə 3 vəsiqə uğrunda mübarizəni dayandırıb və Almaniya, Rusiya və Bolqariya ilə keçiriləcək növbəti görüşlər yarış baxımından heç bir əhəmiyyətə malik deyil. Belə ki, komanda yarışda aparıcı oyunçularsız çıxış edir. Analıq məzuniyyətində olan Kseniya Kavalenko və Oksana Məmmədyarovadan başqa, Yelena Şabovta da , zədə aldığından ,yığmaya kömək edə bilməyib.
Qran-Pridəki çıxış Belçika və Lüksemburqda keçiriləcək Avropa çempionatına hazırlıq mərhələsi hesab olunur.