...

Futbol Federasiyasının rəhbəri: Azərbaycanda "Sifariş" oyunlarına artıq son qoyulmalıdır

İdman Materials 23 Dekabr 2011 14:37 (UTC +04:00)
Məhkəmə, hakimlik, hakim sözünü deyərkən gözümüzün önündə gözü bağlı və əlində tərəzilər olan yunan ədalət ilahəsi Femida canlanır.
Futbol Federasiyasının rəhbəri: Azərbaycanda "Sifariş" oyunlarına artıq son qoyulmalıdır

Azərbaycan, Bakı, 23 dekabr /Trend, müxbir E.Mehdiyev/

Milli Məclisin deputatı, Gəncə Regional Futbol Federasiyasının rəhbəri Xanlar Fətiyev

Məhkəmə, hakimlik, hakim sözünü deyərkən gözümüzün önündə gözü bağlı və əlində tərəzilər olan yunan ədalət ilahəsi Femida canlanır. Femida vəziyyətə qərəzsiz "baxışı" və verilən qərarın ədalətli olmasını təcəssüm etdirir. Yaxud da ibrətamiz hekayələrdən öyrəndiyimiz həmişə amansız, lakin doğru qərar verən müdrik Solomonla bağlı assosiasiyalar canlanır. İstər cinayət-hüquq işləri hakimi olsun, istərsə də idmandakı referi, bu, qərar qəbul edən insandır və ondan insan taleyi və ya oyunun, yarışın nəticəsi asılıdır. Bəlkə də bu, fəaliyyət sahəsi üzrə tam müqayisə edilməyən anlayışlardır, lakin bir şey aydındır ki, hakim çıxardığı qərara görə məsuliyyət daşımalıdır.

Hakim ərəb dilində haqq sözündən götürülüb və həqiqət mənasını verir. Yəni, hakim həqiqətin, ədalətin tərəfdarıdır.

Bu düşüncülər nəyə görədir? Təəssüflə qeyd etməliyəm ki, Azərbaycan futbolunda hakimlik, yumşaq desək, xoş olmayan emosiyalar yaradır. Azərbaycan bu gün inkişaf edən ölkədir. O, özünə həm siyasi, həm də idman baxımından Avropa və dünya arenasında ad qazanıb. Son illər ölkəmiz Prezident İlham Əliyevin idmanın inkişafına yönələn siyasəti sayəsində dəfələrlə müxtəlif idman yarışlarında, çempionatlarda, olimpiadalarda uğurlar qazanıb.

Çox təəssüf ki, Azərbaycan futbolu ciddi qələbələrdən geri qalır. Səbəblər çoxdur, lakin birini qeyd etmək istəyirəm. Fikrimcə, vicdansız hakimlik, başqa sözlə desək, qərəzə əsaslanan hakimlik heç də az səbəb deyil. Buna görə də hakimlik qeyri-obyektivdir və çox vaxt prinsipsizdir.

Futbol şoudur və insanlar gəlirlər ki, sevinərək və məyus olaraq adrenalin alsınlar. Lakin hətta məyusluq hakimin prinsipsiz olmasından qaynaqlanmamalıdır. Hakim təyinata əsasən, bu və ya digər komandaya üstünlük verməkdən yüksəkdə, xüsusən də etibarlı olmalıdır. Lakin Azərbaycan futbolunda getdikcə daha çox azarkeşlərin hakimi fitə basması, bəzən də hakimin ünvanına nalayiq sözlərin eşidilməsi mənzərəsini müşahidə edilir. Oyundan sonra hakimin azarkeşlər və fanatlar tərəfindən hücuma məruz qalması hadisələrindən isə danışmağa dəyməz. Azarkeşlərin bu xoşagəlməz hərəkətinin katalizatoru çox vaxt hakimlər olurlar.

Onu da qeyd etmək lazımdır ki, əsas azarkeş kütləsi gənclərdən ibarətdir. Əsas etibarı ilə məhz onlar naminə dövlət idmanın inkişafına diqqət və dəstək göstərir.

Gənclik idmana, deməli sağlam həyat tərzinə cəlb edilir. Ancaq gənclik, yeniyetmələr və cavan oğlanlar meydanda qanunsuzluğu görərək tədricən başlanğıcda idman arenasında, sonra isə həyatda ədalətə inamını itirir. Bu boş lağlağılıq deyil!

Azərbaycan futbolunda hakimlik problemi var və buna göz yummaq olmaz. Müəyyən bir komandanı birinci yerə "çıxardan", yaxud əksinə bu və ya digər klubu sonuncu yerə "düşürən" hakimlərə də göz yummaq olmaz. Buradan bir nəticə çıxarmaq olar: Hakimlər Komitəsində rüşvətxorluq və satqınlıq çiçəklənir. Axı sıxışdırmalar təkcə müəyyən bir hadisədə və bir hakimdə müşahidə edilmir ki, sadəcə heç kəsin sığortalanmadığı səhvlərdən danışılsın. Əgər hadisə tərkrarlanırsa, bu, tendensiyadan xəbər verir. AFFA Hakimlər Komitəsi rəhbərliyinin klubların hakimlərə münasibətdə narazılıqları və hiddəti ilə bağlı bəyanatı qaydaları pozan referilərə qarşı müvafiq addımlar atmadan yalnız özünün iradəsizliyinə haqq qazandırmağın zəif cəhdidir.

"Sifariş" oyunlarına artıq son qoyulmalıdır. Bu problemin həlli üçün ciddi və radikal addımlar atmaq lazımdır.

Xəbər lenti

Xəbər lenti