...

Keçmiş futbolçu Fransa prezidentliyinə namizədliyini irəli sürmək niyyətindədir

İdman Materials 10 Yanvar 2012 13:35 (UTC +04:00)
"Mançester Yunayted" komandasının və futbol üzrə Fransa millisinin keçmiş hücumçusu Erik Kantona Fransa perzidentliyinə namizədliyini irəli sürmək üçün dəstək axtarır.
Keçmiş futbolçu Fransa prezidentliyinə namizədliyini irəli sürmək niyyətindədir

Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir M.Salmanov/

"Mançester Yunayted" komandasının və futbol üzrə Fransa millisinin keçmiş hücumçusu Erik Kantona Fransa perzidentliyinə namizədliyini irəli sürmək üçün dəstək axtarır. Bu barədə çərşənbə axşamı Trend "RİA Novosti"yə istinadən məlumat verir.

Məlumata əsasən, bank sistemini dağıtmaq üçün 2010-cu ilin dekabrında insanları bank hesablarını boşaltmağa çağıran 45 yaşlı Kantona Fransa şəhərlərinin merlərinə məktub göndərib.

"M.Y."-nin tarixində ən yaxşı oyunçulardan biri hesab edilən keçmiş futbolçu prezidentlik kampaniyasını başlamağa imkan qazanmaq üçün ayın sonuna qədər 500 seçilmiş məmurun imzasını toplamalıdır.

"Mən gənc nəslin imkanlarını məhdudlaşdıran, xeyli ədalətsizlik törədən indiki dövrün məsuliyyətli vətəndaşıyam. Ölkə çətin seçim qarşısında dayandığı bir vaxtda şərait məni məsuliyyət hissi ilə həmişəkindin daha ciddi şeylər haqqında danışmağa məcbur edir", - Kantona məktubda qeyd edib.

Kantona hazırda "Nyu-York Kosmos" komandasının idman direktorudur.

Fransada prezident seçkilərinin ilk turunun keçirilməsi aprelin 22-nə planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti