...

Azərbaycanlı qadın hakim ilk dəfə olaraq əcnəbi komandaların oyununa təyinat alıb

İdman Materials 25 Yanvar 2012 16:14 (UTC +04:00)
Azərbaycanlı qadın hakim ilk dəfə olaraq əcnəbi komandaların iştirakı ilə keçirilən oyuna təyinat alıb.
Azərbaycanlı qadın hakim ilk dəfə olaraq əcnəbi komandaların oyununa təyinat alıb

Azərbaycan, Bakı, 25 yanvar /Trend, müxbir M.Əliyev/

Azərbaycanlı qadın hakim ilk dəfə olaraq əcnəbi komandaların iştirakı ilə keçirilən oyuna təyinat alıb.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov Trend-ə bildirib ki, yanvarın 24-də Rusiyanın U-17 milli komandası ilə Kazanın "Rubin" klubunun əvəzedici heyətləri arasındakı oyunu qadın referimiz Səbayel Qurbanova idarə edib.

"Biz toplanışlar zamanı ilk dəfədir ki, qadın hakimimizə təyinat verdik. Ruslar Səbayelin oyuna təyinat almasına və matçı yüksək səviyyədə idarə etməsinə yaxşı mənada təəccübləndilər", - Məmmədov əlavə edib.

Məmmədov Qurbanovanın Unibank Premyer Liqasının final mərhələsinin - ikinci "altılığ"ın oyunlarına da təyinat alacağını deyib.

Qeyd edək ki, Türkiyənin Antalya şəhərində yanvarın 17-dən hazırlıq prosesinə başlayan Azərbaycanın futbol üzrə hakimləri gün ərzində 4-5 oyunu idarə edir.

AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov daha öncə Trend-ə bildirib ki, 39 hakimin qatıldığı təlim-məşq toplanışı yanvarın 30-da başa çatacaq. Bu müddət ərzində hakimlərimizin 50-dən artıq oyunu idarə edəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti