...

"Baku Fires" klubu Meksikaya 4 debütantla gedəcək

İdman Materials 10 Fevral 2012 17:06 (UTC +04:00)
Azərbaycanın boks üzrə "Baku Fires" klubu Meksikaya 4 debütantla gedəcək.
"Baku Fires" klubu Meksikaya 4 debütantla gedəcək

Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir M.Əliyev/

Azərbaycanın boks üzrə "Baku Fires" klubu Meksikaya 4 debütantla gedəcək. Trend-in məlumatına görə, bunu cümə günü "Baku Fires"in baş meneceri Rizvan Gənciyev bildirib.

"Mexico City Guerreros-a qarşı Məhəmməd Qurbanov (54 kq), İsa İsayev (61 kq), Rəcəb Əliyev (85 kq) və 2011-ci il Azərbaycan çempionatının finalçısı Fərid Şabanov (91 kq-dan yuxarı) çıxış edəcəklər", - o deyib.

Gənciyevin sözlərinə görə, 73 kq-a qədər olan kateqoriyada Heybulla Mürsəlov döyüşəcək.

"Meksikada döyüşmək olduqca çətindir. Mexiko yüksək dağlıqda yerləşir. Həmin yüksək dağlıq əraziyə matça 2-3 gün qalmış gələn komandalar iqlimə öyrəşməklə bağlı ciddi çətinliklərlə üzləşirlər. Buna görə də biz oraya matç başlanmazdan 6 gün əvvəl uçacağıq. On matçda on qələbə qazanmağı qarşımıza məqsəd qoymuşuq. Görək, debütantlarımız özlərini necə doğruldacaqlar", - o deyb.

Gənciyevin sözlərinə görə, Almaniyada "Leipzig Leopards" klubu ilə qarşılaşmada isə klubun yeni üzvü Vətən Hüseynli çıxış edəcək.

Baş menecer həmçinin deyib ki, klubun əvvəlki kimi ağırçəkili boksçularla bağlı problemi var. "Federasiyaların bir çoxu aprel ayında Trabzonda keçiriləcək Olimpiya təsnifat turnirinə hazırlıqla bağlı öz boksçularını yarışlara buraxmırlar. Ümid edirəm ki, növbəti mövsümdə işimiz daha asan olacaq", - o deyib.

Xəbər lenti

Xəbər lenti