Azərbaycan, Bakı, 23 fevral /Trend/
Anatoli Banişevskinin xatirəsinə həsr olunmuş turnir başa çatıb.
Trend-in AFFA-nın rəsmi saytına istinadən yaydığı məlumata görə, AFFA Futbol Mərkəzindəki "Dalğa Arena"da cümə axşamı keçirilmiş üçüncü yer uğrunda oyunda "Əlincə" komandası "Qarabağ"a 5:0 hesabı ilə qalib gəlib.
Final qarşılaşmasında isə 1:0 hesabı ilə "İnter"i məğlub edən "Neftçi" turnirin qalibi adını qazanıb.
Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib.