...

Berti Foqts: Dezinformasiya yayanlarla bağlı məsələ öz hüquqi həllini tapacaq

İdman Materials 24 Fevral 2012 17:44 (UTC +04:00)
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts bəzi mətbu orqanlarda onunla bağlı yayılan dezinformasiyalara münasibət bildirib.
Berti Foqts: Dezinformasiya yayanlarla bağlı məsələ öz hüquqi həllini tapacaq

Azərbaycan, Bakı, 24 fevral /Trend/

Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts bəzi mətbu orqanlarda onunla bağlı yayılan dezinformasiyalara münasibət bildirib. Bu barədə Trend cümə günü AFFA-nın rəsmi saytına istinadən məlumat verir.

"Son günlər Azərbaycanda fəaliyyət göstərən bəzi mətbuat orqanlarında şəxsiyyətimi təhqir etməyə yönəlmiş, həqiqətəuyğun olmayan məlumatlar yer alıb. Bununla əlaqədar artıq Almaniyadakı vəkilimlə əlaqə saxlamışam və bildirirəm ki, haqqımda yayılan dezinformasiyalarla bağlı məsələ öz həllini hüquqi müstəvidə tapacaq", - Foqts deyib.

Xəbər lenti

Xəbər lenti