...

Bakının 2020-ci il Olimpiya Oyunlarına namizədliyi ilə bağlı iki təqdimat keçiriləcək

İdman Materials 26 Mart 2012 16:32 (UTC +04:00)
Bakının 2020-ci il Olimpiya Oyunlarına namizədliyi ilə bağlı iki təqdimat keçiriləcək.
Bakının 2020-ci il Olimpiya Oyunlarına namizədliyi ilə bağlı iki təqdimat keçiriləcək

Azərbaycan, Bakı, 26 mart /Trend, müxbir K.Zərbalıyeva/

Bakının 2020-ci il Olimpiya Oyunlarına namizədliyi ilə bağlı iki təqdimat keçiriləcək.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, gələn həftə təşkilati heyət Bakı və Lozanna arasında yaradılacaq xüsusi videokonfrans vasitəsilə Beynəlxalq Olimpiya Komitəsinin mütəxəssislərinə Oyunların planını təqdim edəcək.

Daha sonra, aprel ayında Moskva şəhərində dünyanın bütün ölkələrindən təşrif buyurmuş 1000-dən artıq Milli Olimpiya komitələrinin nümayəndələri üçün təqdimat keçiriləcək.

Təqdimatla bağlı nazir Azad Rəhimov bildirib ki, bu iki təqdimat Azərbaycanın uğurunun açarı da hesab edilə bilər.

"Biz Beynəlxalq Olimpiya Komitəsinə yalnız Olimpiya Oyunlarının Bakı və Azərbaycan üçün nə edə biləcəyini nümayiş etdirməyəcəyik. Bizim sloqanımız "Biz birlikdə bacararıq"dır ki, burada da əsas məqsəd Beynəlxalq Olimpiya Komitəsi ilə olimpiya hərəkatının inkişafında birgə əməkdaşlıqdır", - nazir deyib.

Rəhimovun sözlərinə görə, "Bakı 2020" şərq və qərb arasında körpü rolunu oynamaqla Olimpiya tarixinə yeniliklər təqdim edir.

"Şübhəsiz ki, Bakı BOK və tərəfdaşları üçün yeni və mənfəətli imkanlar açır. Biz Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün real ehtiyaca əsaslanan davamlı model təklif edirik. Qurulacaq məkanlar gələcək nəsillərə də xidmət edəcək", - o bildirib.

Xəbər lenti

Xəbər lenti