...

“Qəbələ” Avrokubok oyunlarına vəsiqə qazanmaq şansını əldən verdi, “Neftçi” yenə qələbə qazana bilmədi

İdman Materials 1 Aprel 2012 18:25 (UTC +04:00)
“Qəbələ” Avrokubok oyunlarına vəsiqə qazanmaq şansını əldən verdi, “Neftçi” yenə qələbə qazana bilmədi.
“Qəbələ” Avrokubok oyunlarına vəsiqə qazanmaq şansını əldən verdi, “Neftçi” yenə qələbə qazana bilmədi

Azərbaycan, Bakı, 31 mart / Trend müxbir M.Əliyev/

Bu gün Unibank Premyer Liqasında XXVI turun oyunlarına start verilib. Trend-in məlumatına görə, ilk oyun günündə artıq 4 oyunun nəticələri bəlli olub.

İlk "altılığ"ın sonuncu pilləsində qərarlaşan "Bakı" öz meydanında "Qəbələ"ni qəbul edib. Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan hər iki komandanın dueli böyük maraq doğurub. "Qəbələ" bu görüşdə hesabda irəli çıxsa da, ikinci hissədə buraxdığı qollarla 1:2 hesabıyla uduzub.

Turun mərkəzi qarşılaşması isə Quzanlı qəsəbə stadionunda baş tutub. Burada yerli "Qarabağ" klubu çempionatın lideri "Neftçi"ni qəbul edib. Turnir cədvəlinin qonşu pillələrində qərarlaşan iki komandanın duelinə maraq doğurub. "Neftçi" bu görüşdə qələbə qazanmaqla liderliyini bir qədər də möhkəmlədə bilər. Lakin oyun qolsuz bərabərliklə nəticələnib.

İkinci "altılıq"da isə iki oyun keçiriləcək. Çempionatın aşkar autsayderi "Sumqayıt" doğma meydanda "Turan"ı qəbul edib. Sumqayıt təmsilçisi bu görüşdə qələbə qazanacağı təqdirdə "Turan"la xalını bərabərləşdirəcəkdi. Lakin bu görüşdə qalib müəyyənləşməyib - 1:1. Digər oyunda isə AZAL Zaqatalada "Simurq"un qonağı olacaq. AZAL bu görüşdə 3 xal qazanmaqla ən azı bu tur liderliyini qoruyacaq.

Günün digər maraqlı qarşılaşması isə Lənkəranda keçirilir. Burada yerli "Xəzər Lənkəran" klubu paytaxtın "İnter" komandasını qəbul edib.

Qeyd edək ki, XXVI tura sabah keçiriləcək "Kəpəz" - "Rəvan" matçı ilə yekun vurulacaq.

16:00. "Simurq" - AZAL - 1:2
Qollar: İqors Tarasovs, 21 (1:0), Orxan Səfiyaroğlu, 23 (1:1), Nuqzar Kvirtiya, 58 (1:2)
Hakimlər: Orxan Məmmədov, Munis Abdullayev, Elşən Acalov, Anar Göyçayski
Zaqatala. Şəhər stadionu.

"Simurq": 32. Dmitri Kramarenko (k), 2. İlkin Qırtımov, 28. Rüstəm Abbasov, 79. Vidas Alunderis, 13. Aleksandr Şemonayev, 29. İqor Tarasov, 8. Qərib İbrahimov, 21. Emin Cəfərquliyev, 7. Ruslan Poladov, 77. Daniel Genov, 19. Anatoli Doroş

AZAL: 1. Amil Ağacanov, 2. Robert Petrov, 3. Usim Nduka (k), 7. Tərlan Xəlilov, 10. Nuqzar Kvirtiya, 13. Şəhriyar Rəhimov, 14. Orxan Səfiyaroğlu, 16. Branislav Arsenijeviç, 19. Hüseyn Axundov, 23. Tales Şütz, 25. Tural Nərimanov


16:00. "Qarabağ" - "Neftçi" - 0:0

Hakimlər: Anar Salmanov, Zeynal Zeynalov, Mübariz Haşımov, Fuad Həsənov
Ağdam rayonu, Quzanlı qəsəbə Olimpiya İdman Kompleksinin stadionu.


"Qarabağ": 99. Boyan Pavloviç, 4. Zaur Həşimov, 5. Maksim Medvedev, 6. Rəşad Sadiqov (k), 7. Namiq Yusifov, 11. Rauf Əliyev, 19. Muarem Muarem, 22. Əfran İsmayılov, 24. Admir Teli, 25. Ansi Aqolli, 70. Vaqif Cavadov

"Neftçi": 1. Rauf Mehdiyev, 3. Denis Silva, 5. İqor Mitreski, 6. Slavço Georgiyevski, 9. Flavio Aleks Valensio, 14. Bahadır Nəsimov, 15. Ruslan Abışov (k), 16. Alessandro Viana da Silva, 18. Ruslan Əmircanov, 19. Mirhüseyn Seyidov, 27. Rəşad Abdullayev


15:00. "Bakı" - "Qəbələ" - 2:1

Qollar: Yannik Kamanan, 16 (1:0), Uinston Parks, 56 (1:1), Aleksandr Şoliç, 90+4 (2:1)
Hakimlər: Rauf Cabbarov, Namiq Hüseynov, Rza Məmmədov, Ramil Əhmədov
"Bakı" FK-nın təlim-məşq bazasının stadionu.


"Bakı": 1. Marko Şarliya (k), 3. Deniss İvanovs, 6. İbrahim Karqbo, 8. Junior Xavier Vilson, 11. Elvin Məmmədov, 21. Novruz Məmmədov, 24. Kovaçeviç Nenad, 25. Şəhriyar Əliyev, 30. Maris Verpakovskis, 36. Parks Vinston, 99. Rəhman Hacıyev,

"Qəbələ": 12. Pavels Doroşevs, 4. Mahir Şükürov (k), 6. Lyuba Baranin, 8. Bruno da Silva, 9. Viktor Mendi, 10. Deon Barton, 11. Yannik Kamanan, 8. Aleksandr Çertoqanov, 20. Stiv Olfers, 34. Ürfan Abbasov, 77. Luiz Paulo Hillario



14:00. "Sumqayıt" - "Turan" - 1:1

Qollar: Kamil Nurəhmədov, 25 (1:0), Georgi Beriaşvili, 45+2 (1:1)
Hakimlər: Vüsal Əliyev, Knyaz Əmiraslanov, İsgəndər Əliyev, Əliyar Ağayev
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu.


"Sumqayıt": 55. Andrey Popoviç, 4. Samir Abbasov (k), 22. Ruslan Tağızadə, 3. Tərlan Quliyev, 52. Bədavi Hüseynov, 16. Hacı Əhmədov, 8. Emin Mustafayev, 19. Orxan Əliyev, 27. Ramil Haşımzadə, 11. Kamil Nurəhmədov, 90. Yasin Abbasov

"Turan": 1. Anar Nəzirov, 3. Aftandil Hacıyev (k), 4. Seymur Tağıyev, 5. Ayxan Abbasov, 9. Xəyal Qarayev, 11. Georgi Beriaşvili, 18. Hafiz Əliyev, 21. Rəşad Orucov, 24. Dan Pisla, 7. Fərmayıl Əliyev, 32. Cavid
Tağıyev

18:00. Xəzər Lənkəran - İnter - 2:0

Qollar: K.Doman, 43-pen (1:0), Eder Bonfim, 89 (2:0)

Hakimlər: Elçin Məmmədov, Rahil Ramazanov, Nahid Əliyev, Rəhim Həsənov.

Lənkəran. Şəhər stadionu.

XƏZƏR LƏNKƏRAN: 1. Kamran Ağayev, 2. Elnur Allahverdiyev, 6. Roberto Alviz, 7. Katalin Doman, 8. Eder Bonfim, 9. Branimir Subaşiç, 14. Rahid Əmirquliyev (k), 16. Adrian Pit, 21. Radomir Todorov, 30. Rendal Brenes, 33. Stevan Bates.

İNTER: 1. Georgi Lomaya, 4. Valeri Abramidze, 8. Nizami Hacıyev, 11. Asif Məmmədov, 13. Bronislav Çervenka, 15. Vladimir Levin (k), 21. Arif Daşdəmirov, 22. Peter Xrappan, 25. İbrahima Niasse, 28. Baçana Tsxadadze, 29. Əziz Quliyev.

Xəbər lenti

Xəbər lenti