...

Türkiyədə danışılmış futbol matçları ilə bağlı son qərarın açıqlanacağı tarix məlum olub

İdman Materials 7 Aprel 2012 16:52 (UTC +04:00)
Türkiyə Futbol Federasiyası (TFF) aprelin 9-da danışılmış oyunlarla bağlı son qərarını açıqlayacaq.
Türkiyədə danışılmış futbol matçları ilə bağlı son qərarın açıqlanacağı tarix məlum olub

Azərbaycan, Bakı, 7 aprel /Trend, müxbir M.Salmanov/

Türkiyə Futbol Federasiyası (TFF) aprelin 9-da danışılmış oyunlarla bağlı son qərarını açıqlayacaq. Bu barədə Trend Türkiyə KİV-ə istinadən məlumat verir.

Yekun qərar TFF-nin prezidenti Yıldırım Demirörenin rəhbərliyi ilə keçiriləcək iclasda veriləcək. İclasa Federasiyasının bütün rəhbər şəxsləri qatılacaq.

İclas zamanı Peşəkar Futbol Nizam-İntizam Komissiya üzvlərinin bir neçə gün əvvəl başda Əziz Yıldırım olmaqla hələ də həbsxanada saxlanılan şəxslərdən aldıqları şifahi müdafiələr əsasında hesabatı da TFF rəhbərliyinə təqdim ediləcək.

Qeyd edək ki, Türkiyədə danışılmış oyunlarla bağlı məhkəmə prosesi ötən il iyulun 3-də başlayıb və bu müddət ərzində 12 məhkəmə iclası keçirilib.

Xəbər lenti

Xəbər lenti