...

Azərbaycan London Yay Olimpiya Oyunlarına lisenziyalarının sayını 49-a çatdırıb

İdman Materials 30 Aprel 2012 10:39 (UTC +04:00)
Trend-in məlumatına görə, Rusiyada başa çatan Avropa çempionatından sonra Olimpiadaya vəsiqə qazanan Azərbaycan cüdoçularının sayı 7 olub.
Azərbaycan London Yay Olimpiya Oyunlarına lisenziyalarının sayını 49-a çatdırıb

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan London Yay Olimpiya Oyunlarına lisenziyalarının sayını 49-a çatdırıb.

Trend-in məlumatına görə, Rusiyada başa çatan Avropa çempionatından sonra Olimpiadaya vəsiqə qazanan Azərbaycan cüdoçularının sayı 7 olub.

Beynəlxalq Cüdo Federasiyasının (İJF) olimpiya təsnifat cədvəlinə əsasən yığmamız 7 lisenziyaya sahib olub. Bunlar İlqar Müşkiyev (60 kq), Tərlan Kərimov (66 kq), Elnur Məmmədli və ya Elxan Rəcəbli (hər ikisi 81 kq), Elxan Məmmədov (90 kq), Elmar Qasımov (100 kq), Kifayət Qasımova (57 kq) və Ramilə Yusubovadır (63 kq).

Bununla da Azərbaycan Olimpiya yığmasının qazandığı lisenziyaların sayı 49-a çatıb.

Xəbər lenti

Xəbər lenti