...

Azərbaycan boksçuları ilk üçlükdə

İdman Materials 1 May 2012 16:06 (UTC +04:00)
Boks idman növündə London Olimpiadasına qazanılan bütün lisenziyaların sahibləri məlum olub.
Azərbaycan boksçuları ilk üçlükdə

Azərbaycan, Bakı, 1 may /Trend/

Boks idman növündə London Olimpiadasına qazanılan bütün lisenziyaların sahibləri məlum olub.

Trend Azərbaycan Boks Federasiyasının rəsmi saytına istinadən məlumat verir ki, 100 faizlik göstəriciyə malik olan yeganə ölkə Avstraliyadır. Bu da ondan irəli gəlir ki, "Yaşıl qitə"nin komandası Avstraliya və Okeaniya ölkələrinin mübarizə apardığı yarışda heç bir ciddi müqavimətə rast gəlməyərək bütün lisenziyalara sahib olub.

Londona 9 vəsiqə qazanmış Qazaxıstan 2-ci yeri tutur. Hesabında 7 lisenziya olan milli komandamız Kuba, Rusiya, Ukrayna, İtaliya və Hindistanla birgə 3-8-ci yerləri bölüşür.

Qeyd edək ki, Avropa qitəsindən Olimpiadaya ən çox vəsiqə qazanan ölkələr Azərbaycan, Rusiya, Ukrayna və İtaliyadır - 7.

Ermənistanı London Olimpiadasında cəmi 1 boksçusu təmsil edəcək.

Xəbər lenti

Xəbər lenti