...

Danimarka yığması "Avro-2012"-də ilk qələbəsini qazandı

İdman Materials 9 İyun 2012 23:10 (UTC +04:00)
Şənbə günü futbol üzrə Avropa çempionatı çərçivəsində B qrupunun ilk turu keçirilir.
Danimarka yığması "Avro-2012"-də ilk qələbəsini qazandı

Azərbaycan, Bakı, 9 iyun /Trend/

Şənbə günü futbol üzrə Avropa çempionatı çərçivəsində B qrupunun ilk turu keçirilir.

İlk matçda Danimarka milli komandası Niderland yığmasını 1-0 hesabı ilə məğlub etdi. Oyunun 24-cü dəqiqəsində Krohn-Dehli skandinaviyalıların ilk və tək qolunu vurub.

Günün növbəti matçında Portuqaliya və Almaniya milliləri qarşılaşacaqlar.

Xəbər lenti

Xəbər lenti