...

Azərbaycana dünyanın 16 futbol yığması gələcək

İdman Materials 27 İyun 2012 14:02 (UTC +04:00)
Trend-in məlumatına görə, iyunun 26-da İsveçrənin Nyon şəhərində keçirilmiş Danimarka – Almaniya və İsveçrə - Fransa oyunlarının nəticəsinə əsasən Almaniya və Fransa yığmaları FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-də iştirak hüququ qazanıblar. Xatırladaq ki, startına 86 gün qalan çempionatda Azərbaycan yığması ev sahibi statusu ilə çıxış edəcək
Azərbaycana dünyanın 16 futbol yığması gələcək

Azərbaycan, Bakı, 27 iyun /Trend/

FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-ə vəsiqə qazanan son ölkələr müəyyənləşib.

Trend-in məlumatına görə, iyunun 26-da İsveçrənin Nyon şəhərində keçirilmiş Danimarka - Almaniya və İsveçrə - Fransa oyunlarının nəticəsinə əsasən Almaniya və Fransa yığmaları FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-də iştirak hüququ qazanıblar.
Xatırladaq ki, startına 86 gün qalan çempionatda Azərbaycan yığması ev sahibi statusu ilə çıxış edəcək.

FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin bütün iştirakçılarının siyahısını diqqətinizə çatdırırıq: Azərbaycan, Yaponiya, Çin, Şimali Koreya, Braziliya, Kolumbiya, Uruqvay, Qana, Qambiya, Nigeriya, Yeni Zelandiya, ABŞ, Kanada, Meksika, Almaniya, Fransa.

Xəbər lenti

Xəbər lenti