...

UEFA Avropa Liqası: Növbə paytaxt təmsilçilərinindir

İdman Materials 12 İyul 2012 15:46 (UTC +04:00)
Bu gün UEFA Avropa Liqasının I təsnifat mərhələsinin növbəti cavab görüşləri keçiriləcək.
UEFA Avropa Liqası: Növbə paytaxt təmsilçilərinindir

Azərbaycan, Bakı, 12 iyul /Trend/

Bu gün UEFA Avropa Liqasının I təsnifat mərhələsinin növbəti cavab görüşləri keçiriləcək.

Trend-in məlumatına görə, Azərbaycan təmsilçiləri - "İnter" və "Bakı" klubları da bu axşam cavab matçına çıxacaqlar.

Səfərdə Estoniyanın "Trans" klubunu 5:0 hesabı ilə darmadağın edən "İnter" üçün bugünkü görüş formal xarakter daşıyır.

"Bakı" isə Sloveniyada "Mura"nın qonağı olacaq. İlk görüşdə hesab açılmadığından qalibin adı məhz cavab matçında məlum olacaq. Bu görüşdə paytaxt təmsilçisini istənilən məhsuldar heç-heçə qane edir.

"İnter" - "Trans" matçı Bakı vaxtı ilə saat 21:00-da, "Mura" - "Bakı" isə 23:00-da başlayacaq.

"İnter" növbəti mərhələyə adlayarsa, Yunanıstanın "Asteras Tripolis", "Bakı" isə Bolqarıstanın ÇSKA klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, "Xəzər Lənkəran" klubu artıq ikinci mərhələdədir.

Xəbər lenti

Xəbər lenti