Azərbaycan, Bakı, 16 iyul /Trend/
UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Neftçi" - "Zestafoni" (Gürcüstan) qarşılaşmasını Rumıniyadan olan hakimlər briqadası idarə edəcək.
Trend-in məlumatına görə, matçın baş hakimi İonut Marius Avram, yan xətt hakimləri Miklos İstvan Nagi və Sebastian Eugen George olacaqlar. Ehtiyat hakim funksiyasını Dragos İstrate yerinə yetirəcək. Matçın hakim-inspektoru maltalı Viktor Mintoffdur.
Qeyd edək oyun iyulun 17-də saat 21:00-da AFFA Futbol Mərkəzindəki "Dalğa Arena"da keçiriləcək.