...

Azərbaycan idmançıları London Yay Olimpiya Oyunlarında 14-cü sırada çıxdılar

İdman Materials 28 İyul 2012 02:28 (UTC +04:00)
Bu gün XXX London Yay Olimpiya Oyunlarının rəsmi açılışı keçirilib. Azərbaycan idmançıları London Yay Olimpiya Oyunlarında sayca 14-cü sırada çıxıblar.
Azərbaycan idmançıları London Yay Olimpiya Oyunlarında 14-cü sırada çıxdılar

Azərbaycan, Bakı, 28 iyul /Trend/

Bu gün XXX London Yay Olimpiya Oyunlarının rəsmi açılışı keçirilib. Azərbaycan idmançıları London Yay Olimpiya Oyunlarında sayca 14-cü sırada çıxıblar.

Trend-in məlumatına görə, "Olimpiya stadionu"nda keçirilən açılış mərasimi London vaxtı ilə saat 21:00-da başlayıb. "Möcüzə adalar" adlı açılış mərasiminin quruluşunu Oskar mükafatçısı Denni Boyl hazırlayıb. Ümumilikdə, 20 min nəfərin iştirak edəcəyi açılış şousunu Pol Makkartni öz ifası ilə yekunlaşdırıb.

London, Olimpiya Oyunlarını üçüncü dəfə keçirən yeganə şəhər olacaq (bundan əvvəl 1908 və 1948-ci illərdə). Böyük Britaniyanın paytaxtında keçirilən idman yarışı sayca 30-cu olsa da, 27-ci dəfə təşkil edilir. Belə ki, I və II Dünya müharibələri zamanı 3 dəfə Yay Olimpiya Oyunları baş tutmayıb.

Bu dəfə 302 medal dəsti uğrunda 204 ölkədən olan idmançılar mübarizə aparacaq. 10 500-ə yaxın idmançı 17 gün ərzində 36 idman növündə güclərini sınayacaqlar.

Olimpiadanın ilk qalibi iyulun 28-də müəyyənləşəcək - 10 m məsafəyə pnevmatik tüfəngdən atəş açmaq üzrə mükafatçılar məlum olacaq.

Azərbaycan Olimpiadada 16 idman növü üzrə 53 idmançı ilə təmsil olunur.

Xəbər lenti

Xəbər lenti