...

London olimpiadasında Azərbaycan avarçəkəni finala yüksəldi

İdman Materials 1 Avqust 2012 15:39 (UTC +04:00)
2012-ci il London Yay Olimpiya Oyunlarında Azərbaycanın akademik avarçəkəni Aleksandr Aleksandrov kişilər arasında 1 nəfərlik qayıqla (M1X) 1/2 final mərhələsində mübarizəyə qoşulub.
London olimpiadasında Azərbaycan avarçəkəni finala yüksəldi

Azərbaycan, Bakı, 1 avqust /Trend/

2012-ci il London Yay Olimpiya Oyunlarında Azərbaycanın akademik avarçəkəni Aleksandr Aleksandrov kişilər arasında 1 nəfərlik qayıqla (M1X) 1/2 final mərhələsində mübarizəyə qoşulub.

Trend-in məlumatına görə, 22 yaşlı avarçəkənimizin rəqibləri Lianq Janq (Çin), Santiaqo Fernandez (Argentina), Ondrej Sinek (Çexiya), Alan Kempbell (Böyük Britaniya) və Tim Maeyens (Belçika) olub.

Avarçəkənimiz 2000 metr məsafəyə seçmə yürüş nəticəsində qrupda üçüncü yeri tutub. Bununla da Aleksandrov final mərhələsinə yüksəlib. Müvafiq olaraq, birinci yerə Çexiya, ikinci yerə isə Böyük Britaniya idmançıları çıxıblar.

Qeyd edək ki, qrupda ilk "üçlük"də yer alan avarçəkənlər finala yüksəlirlər.

Xəbər lenti

Xəbər lenti