...

FIFA-nın çəkiliş qrupu Azərbaycandadır (FOTO)

İdman Materials 3 Avqust 2012 14:16 (UTC +04:00)
Azərbaycanda keçiriləcək FIFA U-17 qadınlararası dünya çempionatının başlanmasına artıq həftələr qalır.
FIFA-nın çəkiliş qrupu Azərbaycandadır (FOTO)

Azərbaycan, Bakı, 3 avqust /Trend/

Azərbaycanda keçiriləcək FIFA U-17 qadınlararası dünya çempionatının başlanmasına artıq həftələr qalır. Çempionata hazırlıq işləri çərçivəsində FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsi (YTK) ilə FIFA-nın müvafiq qurumları və işçi qrupları arasında sıx əməkdaşlıq davam edir.

Trend-in AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, iyul ayının 27-də ölkəmizə gələn FIFA Filming (FIFA çəkiliş qrupu) üzvləri 5 avqust tarixinə qədər şəhər profili çəkilişlərini həyata keçirəcəklər. Paytaxtda tarixi yerləri, müasir tikililəri, muzeylər və ümumi Bakı həyatını, günəşin Xəzərdən doğuşunu və s. lentə alan nümayəndə heyəti 1 avqust tarixində çempionat oyunlarına ev sahibliyi edəcək digər şəhərə - Lənkərana yola düşüblər. Burada da Lənkəranın zəngin təbiətini, sadə həyatını, rəngarəng mətbəxi və mədəniyyətini lentə alıblar.

Qeyd edək ki, FIFA çəkiliş qrupu FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-yə rəsmi ev sahibliyi edəcək Bakı və Lənkəran şəhərlərinin qısa tanıtım çarxlarını hazırlamaq üçün ölkəmizdədir. Bakı və Lənkəranın ümumi simasını nümayiş etdirən tanıtım çarxları hər iki şəhər üçün ayrı-ayrı hazırlanıb www.fifa.com web-səhifəsi, eləcədə çempionat oyunlarından əvvəl və fasilələr zamanı televiziya vasitəsilə yayımlanacaqdır.

Xəbər lenti

Xəbər lenti