...

Azərbaycan kiqboksçusu peşəkarların superturnirinə qatılacaq (FOTO)

İdman Materials 8 Sentyabr 2012 12:48 (UTC +04:00)
Azərbaycan kiqboksçusu Pərviz Abdullayev noyabr ayından peşəkarlar arasında keçirilən nüfuzlu K-1 MAX yarışlarında iştirak etmək üçün Hollandiyaya gedəcək.
Azərbaycan kiqboksçusu peşəkarların superturnirinə qatılacaq (FOTO)

Azərbaycan, Bakı, 8 sentyabr / Trend müxbir M.Əliyev/

Azərbaycan kiqboksçusu Pərviz Abdullayev noyabr ayından peşəkarlar arasında keçirilən nüfuzlu K-1 MAX yarışlarında iştirak etmək üçün Hollandiyaya gedəcək.

Kikboksinq üzrə dünya çempionu olan Abdullayev şənbə günü Trend Xəbərlər Şirkətinin Mətbuat Mərkəzində təşkil olunan mətbuat konfransında bildirib ki, o Hollandiyada 1 il müddətində qalaraq mütəmadi olaraq döyüşlərə çıxacaq.

"Yarışa getməkdə məqsədim Azərbaycanı təmsil etmək və 1 il ərzində keçirilən döyüşlərdə qalib gələrək peşəkar kiqbosçular arasında dünyanın ən mötəbər turnirinin qalibi olmaqdır", - Abdullayev deyib.

İdmançı bu yarışa iştirak vəsiqəsi qazanmaq üçün mərakeşli və türk kiqbosçuları məğlub edib.

Azərbaycanlı peşəkar idmançını Hollandiyanın "Superpro" klubu bəyənərək öz heyətinə cəlb edib.

K-1 MAX turniri il ərzində keçirilir və dekabr ayında superfinallar baş tutur. Yarışın çempionun üçün 400 min avro uduş məbləği ayrılır.

Xəbər lenti

Xəbər lenti