...

Azərbaycan arabada idman rəqsləri üzrə "Qitələr kuboku"nda uğurla çıxış edib (FOTO)

İdman Materials 10 Sentyabr 2012 11:20 (UTC +04:00)
Azərbaycan arabada idman rəqsləri üzrə Sankt-Peterburqda keçirilən "Qitələr kuboku 2012"-də uğurla çıxış edib.
Azərbaycan arabada idman rəqsləri üzrə "Qitələr kuboku"nda uğurla çıxış edib (FOTO)

Azərbaycan, Bakı, 10 sentyabr / Trend, müxbir V.İmanov/

Azərbaycan arabada idman rəqsləri üzrə Sankt-Peterburqda keçirilən "Qitələr kuboku 2012"-də uğurla çıxış edib. Azərbaycanın komandası ümumi komanda hesabında Latın Amerikası rəqslərinin ikinci kateqoriyasında üçüncü yeri tutub. Bu barədə Trend-ə telefonla yarışın iştirakçısı Kamal Məmmədov məlumat verib.

Azərbaycan "Qitələr kuboku"nda birinci dəfədir təmsil olunub. Yarışlarda 18 ölkədən 80 çütlük iştirak edib. Azərbaycan iki cütlüklə - Kamal Məmmədov (birinci qrup əlil) və Diana Batakova, Vüsalə Kərimova (birinci qrup əlil) və Tamerlan Qədirovla təmsil olunub. Cütlüklər "Kombi" ranqında iştirak ediblər. Bu zaman cütlükdə əlil rəqqasla əlil olmayan rəqqas çıxış edir.

"Qitələr Kuboku" beynəlxalq yarışının keçirilməsində əsas məqsəd Çində dünya çempionatından əvvəl rəqqaslar tərəfindən yarış təcrübəsinin əldə etdirilməsi, öz bacarığını nümayiş etdirmək və başqa gənc əlilləri uyğun bədən tərbiyəsi və idmanla məşğul olmağa cəlb etməkdir.

Xəbər lenti

Xəbər lenti