...

"Neftçi" futbolçuları cəzalandırıldı

İdman Materials 25 Sentyabr 2012 16:55 (UTC +04:00)
Bu gün "Neftçi" PFK-nın prezidenti Sadıq Sadıqovun tapşırığı ilə klubdaxili iclas keçirilib.
"Neftçi" futbolçuları cəzalandırıldı

Azərbaycan, Bakı, 25 sentyabr /Trend/

Bu gün "Neftçi" PFK-nın prezidenti Sadıq Sadıqovun tapşırığı ilə klubdaxili iclas keçirilib.

Trend klubun rəsmi saytına istinadən məlumat verir ki, iclasda Topaz Premyer Liqasının VI turu çərçivəsində keçirilmiş "Sumqayıt" - "Neftçi" oyunundakı məğlubiyyətə görə məşqçilər korpusunun fikirləri dinlənilib və bununla bağlı hesabat alınıb.

Bundan başqa, işinə etinasız yanaşan bəzi futbolçular cəzalandırılıb.

Xəbər lenti

Xəbər lenti