...

Xarici jurnalistlər AFFA-nın işi ilə tanış olublar (FOTO)

İdman Materials 28 Sentyabr 2012 18:10 (UTC +04:00)
Trend-in AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, proqram çərçivəsində ölkəmizdə səfərdə olan mətbuat nümayəndələri bu gün AFFA-nın inzibati binasında olublar
Xarici jurnalistlər AFFA-nın işi ilə tanış olublar (FOTO)

Azərbaycan, Bakı, 29 sentyabr /Trend/

Bakıda Beynəlxalq İdman Jurnalistləri Assosiasiyası tərəfindən Gənc Reportyorlar Proqramı təşkil edilib.

Trend-in AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, proqram çərçivəsində ölkəmizdə səfərdə olan mətbuat nümayəndələri bu gün AFFA-nın inzibati binasında olublar.

Əvvəlcə AFFA-nın Futbol muzeyi ilə tanış olan jurnalistlər burada xatirə kitabına ürək sözlərini yazıb, daha sonra assosiasiyanın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin fəaliyyəti, affa.az, affavideo.az və affatv.az saytlarının, "Futbol dünyası" qəzetinin iş prinsipi ilə maraqlanıblar. AFFA-nın inzibati binasının qarşısında xatirə şəkli çəkdirən mətbuat nümayəndələri çalışdıqları televizya kanalları üçün reportaj hazırlayıblar.

Xəbər lenti

Xəbər lenti