Azırbaycan, Bakı, 5 oktyabr /Trend/
"Qarabağ"ın yarımmüdafiəçisi Əfran İsmayılov və "Neftçi"nin yarımmüdafiəçisi Cavid İmamverdiyev zədəli olduğu üçün Azərbaycan millisinin heyətindən kənarlaşdırılıb. Bu barədə Trend AFFA-nın rəsmi saytına sitinadən xəbər verir.
Xatırladaq ki, 2014-cü ildə Braziliyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 16-da Moskva şəhərindəki Lujniki stadionunda keçiriləcək Rusiya - Azərbaycan oyununa hazırlıq məqsədilə bu gün Azərbaycan milli komandasının təlim-məşq toplanışı başlayıb.
Bakıda keçirilən hazırlıq prosesi oktyabrın 13-dək davam edəcək.