...

Əfsanəvi qapıçı Peter Şmeyxel Azərbaycan futbolu haqqında danışıb (FOTO)

İdman Materials 15 Oktyabr 2012 12:54 (UTC +04:00)
"Neftçi"nin Avropa Liqasındakı uğuru Azərbaycan futbolu üçün çox böyük nailiyyətdir.
Əfsanəvi qapıçı Peter Şmeyxel Azərbaycan futbolu haqqında danışıb (FOTO)

Azərbaycan, Bakı, 15 oktyabr / Trend müxbir E.Mehdiyev/

"Neftçi"nin Avropa Liqasındakı uğuru Azərbaycan futbolu üçün çox böyük nailiyyətdir. Bunu bazar ertəsi Trend-ə İngiltərənin "Mançester Yunayted" futbol klubunun əfsanəvi qapıçısı, klubun heyətində 1999-cu il Çempionlar Liqasının qalibi, Danimarka millisinin heyətində 1992-ci ildə Avropa çempionu olmuş Peter Şmeyxel bildirib.

"Neftçi"nin hazırda Avropa Liqasındakı oyunları barədə məlumatlıyam. Hesab edirəm ki, bu uğur Azərbaycan futbolu üçün çox böyük nailiyyətdir və Azərbaycan futbolunu irəli aparır", - Şmeyxel deyib.

O, Azərbaycan milli komandası barədə də danışıb. "Azərbaycan yığması DÇ 2014-ün seçmə mərhələsi çərçivəsində çıxış etdiyi F qrupunda artıq bir xal toplamağı bacarıb", - əfsanəvi qapıçı deyib.

Şmeyxel Azərbaycan millisinin seçmə mərhələdə sabah Rusiya ilə keçirəcəyi görüşə şərh verib. "Azərbaycan Rusiya ilə görüşdə qalib olsa, bu, çox maraqlı nəticə olar və seçmə qrupda olan mübarizəni daha da gərginləşdirə bilər", - "Mançester Yunayted"in sabiq qapıçısı deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti