...

Azərbaycan yığmasının keçirəcəyi iki oyunun vaxtı dəyişdirilib

İdman Materials 19 Oktyabr 2012 15:20 (UTC +04:00)
19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasının keçirəcəyi iki oyunun vaxtı dəyişdirilib.
Azərbaycan yığmasının keçirəcəyi iki oyunun vaxtı dəyişdirilib

Azərbaycan, Bakı, 19 oktyabr /Trend/

19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasının keçirəcəyi iki oyunun vaxtı dəyişdirilib.

Trend AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, oktyabrın 28-də və 31-də keçiriləcək qarşılaşmalar, əvvəlcədən xəbər verildiyi kimi, Bakı vaxtı ilə saat 18:30-da deyil, saat 17:00-da başlayacaq.

Yığmamızın oyunlarının təqvimi:

26 oktyabr, saat 18:30
Azərbaycan - İslandiya
Zaqreb (Xorvatiya). NK Hask stadionu
Baş hakim: Marios Panayi (Kipr)

28 oktyabr, saat 17:00
Gürcüstan - Azərbaycan
Zapreşiç (Xorvatiya). NK İnter Zapreşiç stadionu
Baş hakim: Marios Panayi (Kipr)

31 oktyabr, saat 17:00
Azərbaycan - Xorvatiya
Sesvete (Xorvatiya). Sv. Josip Radnik stadionu
Baş hakim: İvan Kruzliak (Slovakiya)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti