...

AFFA klub prezidentini cəzalandırıb

İdman Materials 30 Oktyabr 2012 13:14 (UTC +04:00)
“Bakılı” klubunun prezidenti Misir Əbilov hakimləri təhqir etdiyi üçün 5 oyunluq cəzalanır, klub 500 manat cərimələnib
AFFA klub prezidentini cəzalandırıb

Azərbaycan, Bakı, 30 oktyabr /Trend/

AFFA İntizam Komitəsinin bu gün keçirilən növbəti iclasında klub prezidenti cəzalandırılıb.

Trend-in AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Kubokunun 1/16 final MOİK - "Bakılı" matçının 29-cu dəqiqəsində "Bakılı" klubunun 10 nömrəli futbolçusu Rəşad Kərimovun aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 400 manat cərimə olunub.

"Bakılı" klubunun prezidenti Misir Əbilov hakimləri təhqir etdiyi üçün 5 oyunluq cəzalanır, klub 500 manat cərimələnib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti