...

Bakıda boks üzrə tələbələr arasında dünya çempionatına start verilib

İdman Materials 14 Noyabr 2012 16:25 (UTC +04:00)
Bakı İdman Sarayında boks üzrə tələbələr arasında dünya çempionatına start verilib.
Bakıda boks üzrə tələbələr arasında dünya çempionatına start verilib

Azərbaycan, Bakı, 14 noyabr /Trend/

Bakı İdman Sarayında boks üzrə tələbələr arasında dünya çempionatına start verilib.

Azərbaycan Boks Federasiyasından Trend-ə verilən mıəlumata görə, yarışda 9 ölkənin - Azərbaycan, Rusiya, Türkiyə, Gürcüstan, Qazaxıstan, Tacikistan, Estoniya, Ukrayna və Moldovanın 51 idmançısı mübarizə aparır.

Açılış mərasimində çıxış edən federasiyanın I vitse-prezidenti Ağacan Əbiyev respublikamızda boksun tarixən geniş yayılan idman növlərindən biri olduğunu bildirib. Beynəlxalq Universitet İdmanları Federasiyasının (BUİF) nümayəndəsi Kemal Taner Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını, beynəlxalq idman təşkilatları üçün ölkəmizin etibarlı tərəfdaş olduğunu, keçirilən yarışın əhəmiyyətini qeyd edib.

Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov son illər Azərbaycanda idmanın sürətlə inkişaf etdiyini vurğulayıb. O, dövlətimizin başçısı, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində idmançılarımızın nəticəsinin yaxşılaşdığını bildirib.

Turnirin ilk günündə Azərbaycan idmançılarından Heybətulla Hacəliyev (64 kq) rinqə çıxıb. O, Avropa çempionatının bürünc mükafatçısı, London Olimpiadasının iştirakçısı ukraynalı Maksim Konişevi 16:10 hesabı ilə məğlub edib.

49 kq

Ferhat Pəhləvan (Türkiyə) 12:5 Denis Kozaruk (Türkiyə)

56 kq

Mahir Paşayev (Rusiya) 16:10 Oraz Avzalşoev (Tacikistan)
Oleq Prudkiy (Ukrayna) 19:9 Səməd Yusinbay (Qazaxıstan)

64 kq

Ruslan Urix (Rusiya) 14:12 Bekbolat Kukamısov (Qazaxıstan)
Maksim Konışev (Ukrayna) 10:16 Heybətulla Hacəliyev (Azərbaycan)
Ural Karslıoğlu (Türkiyə) 14:4 Vepxia Tsiskarişvili (Gürcüstan)

75 kq

Erol Özkal (Türkiyə) 9:9 Abzal Kuttibekov (Qazaxıstan) qələbə Kuttibekova verilib

Bu gün boksçularımızdan Samir Məmmədov (52 kq), Vətən Hüseynli (81 kq) və Teymur Məmmədov (91 kq) rinqə çıxacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti