Azərbaycan, Bakı, 30 noyabr /Trend/
AFFA Xankəndində qondarma "Dağlıq Qarabağ və Abxaziya respublikaları"nın yığmaları arasında keçirilən yoldaşlıq oyununa görə FIFA və UEFA-ya müraciət edib. Bu barədə Trend-ə AFFA-nın mətbuat katibi Mikayıl Nərimanoğlu bildirib.
Nərimanoğlunun sözlərinə görə, müraciətdə qeyd edilir ki, qondarma "Dağlıq Qarabağ respublikası"nın yoldaşlıq oyunu keçirməyə heç bir hüquqi əsası yoxdur.
Onun sözlərinə görə, müraciət bu qondarma respublikaların yığmaları arasında keçirilən oyundan öncə edilib.
Qeyd edək ki, qondarma "Dağlıq Qarabağ respublikası"nın futbol federasiyasının planlarında Uruqvay millisi ilə də yoldaşlıq oyunu keçirmək var.